İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi öz rəsmi internet səhifəsində prezident seçkilərinin uğurla keçirilməsi və İlham Əliyevin yenidən bu ölkənin Prezidenti seçilməsini təbrik edib.
İranın Bakıdakı səfirliyinin təbrik mesajında vurğulanıb: “Əminik ki, qarşıdakı dövrdə iki qardaş və müsəlman qonşu ölkələr olan İran və Azərbaycanın münasibətlərində yeni səhifə açılacaqdır.”
İRNA-nın məlumatına görə, İlham Əliyev prezident seçkilərində 93,9 faiz səslə qalib gəlib və daha 7 il Azərbaycanın Prezidenti olaraq qalıb. O, 2002-ci ildən indiyədək dörd dəfə Azərbaycan Respublikasının Prezidenti olmuşdur.
2016-cı ildə Azərbaycan Respublikasının konstitusiyasının dəyişdirilməsi ilə bu ölkədə prezidentlik müddəti 5 ildən 7 ilə qaldırıldı və Əliyev 2018-ci ildə keçirilən Azərbaycan prezident seçkilərində 86 faiz səslə dördüncü dəfə qalib gəldi.
Sizin rəyiniz